HEALTH ADVOCATE

Hüquqi dəstəyimizlə peşəkar fəaliyyətinizə əminliklə davam edin!

Haqqımızda

Biz, həkimlərin hüquqlarını müdafiə etmək məqsədi ilə hüquqi sığorta fəaliyyətini həyata keçirən Health Advocate komandasıyıq. Sizin tibbi fəaliyyətinizin əhəmiyyətini, insanların həyatını və sağlamlığını qorumaq niyyətinizi anlayırıq və bu fəaliyyət zamanı yarana biləcək istənilən hüquqi problemlərinizin həlli sahəsində yüksək keyfiyyətli hüquqi xidmətin göstəriləcəyini təmin edirik.

Health Advocate Haqqında - Peşəkar Hüquqi Xidmətlər

HÜQUQİ SIĞORTA NƏDİR?

Hüquqi Sığorta - Həkimlər üçün Sığorta Təminatı

HÜQUQİ SIĞORTA NƏDİR?

Hüquqi sığorta – müəyyən müddət ərzində həkimin peşə fəaliyyəti ilə əlaqədar qarşılaşa biləcəyi bütün hüquqi problemlərin həlli üzrə yüksək keyfiyyətli hüquqi xidmətlərin əvvəlcədən təmin edilməsi deməkdir. Tibbi fəaliyyət texniki və taktiki baxımdan nə qədər düzgün aparılsa da, bir sıra hallarda pasiyentlər və ya onların yaxınları tərəfindən mübahisələndirilə bilər.

XİDMƏTLƏRİMİZ

Health Advocate olaraq biz, həkimlərin hüquqi sığortası üzrə aşağıda göstərilənlər hüquqi xidmətləri təklif edirik.

Hüquqi Müdafiə və Təmsilçilik - Health Advocate Xidməti

Hüquqi Müdafiə və Təmsilçilik

Sənədlərin Hazırlanması və Hüquqi Uyğunluq - Health Advocate Xidməti

Sənədlərin Hazırlanması və Hüquqi Uyğunluq

Risklərin Qarşısının Alınması və Hüquqi Məsləhət - Health Advocate Xidməti

Risklərin Qarşısının Alınması və Hüquqi Məsləhət

İşgüzar Nüfuzun Hüquqi Müdafiəsi - Health Advocate Xidməti

İşgüzar Nüfuzun Hüquqi Müdafiəsi

Daimi Hüquqi Dəstək - Health Advocate Xidməti

Daimi Hüquqi Dəstək

NİYƏ BİZİ SEÇMƏLİSİNİZ?

Niyə Biz - Health Advocate Üstünlükləri

NİYƏ BİZİ SEÇMƏLİSİNİZ?

İxtisaslaşmış Komanda

Hüquq və səhiyyə sahəsində dərin təcrübəyə malik olan hüquqşünaslarımız yalnız həkimlərlə işləyir. Bu da o deməkdir ki, sizin ehtiyaclarınızı ümumi hüquqi yanaşma ilə deyil, sahəyə uyğun, hədəfli şəkildə qarşılayırıq.

Sahənin İlklərindən və Liderlərindən biri

Azərbaycanda həkimlərə yönəlik hüquqi sığorta xidmətini təqdim edən ilk təşəbbüslərdən biri olaraq, bu sahədə ən geniş təcrübəyə və sistemli yanaşmaya sahibik. İllik hüquqi təminat modeli ilə həkimlərin güvəndiyi lider layihəyik.

Operativ müdaxilə

Hüquqi problem yaranan andan etibarən komandamız dərhal vəziyyətə müdaxilə edir, məsələni peşəkar şəkildə nəzarətə alır və sizin adınıza lazımi tədbirləri həyata keçirir.

Fərdi yanaşma

Hər bir həkimin hüquqi ehtiyacları və fəaliyyət sahəsi unikaldır. Biz bu fərqliliyi nəzərə alaraq, sizə tam uyğun hüquqi dəstək təqdim edirik. Sizi tanıyırıq, ehtiyacınızı anlayırıq və yalnız sizə uyğun müdafiə planı qururuq.

Vaxtınıza qənaət

Siz peşəkar fəaliyyətinizə – xəstələrinizə və tibbi işinizə fokuslanırsınız. Hüquqi sənədləşmə, şikayətlər, cavablandırmalar və müdafiə proseslərini isə biz tam şəkildə öz üzərimizə götürürük.

Reputasiyanızın hüquqi və ictimai müdafiəsi

Təkcə hüquqi deyil, sosial mühitdə də nüfuzunuzu qoruyuruq. Sosial media və ictimai platformalarda yayılan əsassız iddialara qarşı hüquqi tədbirlər görür, adınızın təhlükəsizliyini təmin edirik.

MİSSİYAMIZ

Azərbaycanda həkimlərin hüquqlarının qorunduğu, fəaliyyətlərini etibarlı və əminliklə həyata keçirdikləri hüquqi cəhətdən təhlükəsiz bir səhiyyə mühiti yaratmaq bizim əsas məqsədimizdir. Hüquqi müdafiənin səhiyyə sisteminə inteqrasiyası ilə daha güvənli və keyfiyyətli tibbi xidmətin inkişafına töhfə verməyi hədəfləyirik.

Bizim missiyamız — həkimləri hüquqi risklərə qarşı hazırlıqlı etmək, onları əsassız şikayətlərdən qorumaq və hüquqi mübahisələr zamanı peşəkar müdafiə ilə təmin etməkdir. Həkimlərin yalnız müalicə ilə deyil, həm də hüquqi təhlükəsizliklə təmin olunmuş şəkildə çalışmaları üçün hüquqi məsələləri tam şəkildə öz üzərimizə götürürük.

Bizim Missiya - Health Advocate Məqsədləri

SİZDƏN GƏLƏN SUALLAR

Həkimlər yalnız xəstələrin sağlamlığını deyil, eyni zamanda öz hüquqlarını da qorumalıdırlar. Amma tibbi fəaliyyətin hüquqi aspektləri bəzən suallar və narahatlıqlar doğurur...

Sizin işiniz – müalicə etmək, bizim işimiz – Sizi qorumaqdır!